Hələ XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisində ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılır. XX əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırım ilə xalqımız ağır faciələrlə üzləşib. Yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib. Ötən əsrdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar. Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu çox yalnış, səhv addım idi və Azərbaycana qarşı xəyanət idi. Tarixin təkrarlanan dönəmlərində xalqımız bir çox əziyyətlərin, deportasiyaların şahidi olub. Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə azərbaycanlıların tarixi torpaqlarından qovaraq həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər. Azərbaycanlıların tarixi irsini silmək istəyiblər,lakin buna nail ola bilməyiblər. Tarixi həqiqətləri, abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə, bağlı olan faktları bir rəqəmsal platformalarda, portalda göstərməliyik.Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfər tariximizə yeni bir salnaməni həkk etdi. Azərbaycanın Ali Baş Komandanımız, xalqımızın qüdrəti, sarsılmaz iradəsi, Ordumuzun gücü, möhtəşəm Qələbə, yeni reallıqlar yaratdı. Zəfər qazandığımız dövrdə, Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, dünya ictimaiətinə çatdırılması və son 200 ildə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və digər məsələlər İcma üzərinə böyük məsuliyyət qoyur. Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir. Bu İcmanın fəaliyyəti həm Qərbi Azərbaycandanolan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün önəmlidir. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Cənab Prezidentimiz İlham Əliyev də qeyd edib ki, indi əsas vəzifə bunu dünya ictimaiyyətinə də çatdırmaqdır. Artıq bu istiqamətlərdə işlər başlanmışdır. Prezidentimizin çıxışında səsləndirdiyi fikirlər ideoloji xəritə kimi hər birimizin qarşısına ciddi məsuliyyət qoyur. Hədəf və məqsədimiz aydın, Azərbaycan naminə fəal olmalı və birgə addımla tarixi ədaləti bərpa etməliyik. Prezidentimizin qüdrəti və apardığı uğurlu xarici və daxili siyasət sayəsində Qərbi Azərbaycanlıların da tarixi torpaqlarına qayıdacağı gün artıq uzaqda deyil.Aydın Əliyev,Xocalı rayon ziyalısı